Bel problemləri olanlar hansı matrası seçməli?
Osteoxondroz
Bir çox həkimlər orta sərtlikdə olan və sərbəst yay (pocket spring) sistemi olan matrasdan istifadə etməyi tövsiyyə edirlər.
Yuxu üçün düzgün poza: əgər patologiya əsasən kürək nahiyyəsində hiss edilirsə, beli üstə yatmaq lazımdır. Əgər xəstəlik boyun nahiyəsinə yayılıbsa, o zaman çiyinüstə uzanmaq tövsiyyə olunur.
Bel yırtığı (qrıja)
Uyğun matras: lateks tərkibli və ya pocket spring sistemi ilə
Yuxu üçün düzgün poza: üzü üstə
Skolioz
Uyğun matras: sərt/ orta sərt
Yuxu üçün düzgün poza: beli üstə
Artrit
Uyğun matras: memory foam (yaddaş köpüyü) tərkibli
Yuxu üçün düzgün poza: çiyin üstə + ayaqların arasına yastıq qoymalı
Periodik (mütəmadi olmayan) yüngül bel və boyun ağrları
Uyğun matras: orta sərtlikdə, pocket spring sistemli
Yuxu üçün düzgün poza: çiyin və ya beliüstə + ayaqların arasına yastıq qoymalı