Click to order

Ortopedik matras seçərkən nələri bilməli?

Ortopedik matras seçərkən nələri bilməli? Ortopedik matrasların hansı növləri var? – Bu sualları cavablandırmağa qərar verdik

Ortopedik matrasın əsas vəzifələri bunlar olmalıdır:

Onurğa sütununu təbii vəziyyətdə saxlamaq. Yəni ayaq üstə durarkən bədən hansı vəziyyətdə olursa, yuxuzamanı da eyni vəziyyətdə qalmalıdır

Əzələlərin yuxu zamanı təzyiqini azaldır, bədən rahatlaşır Bədən çəkisinin matrasın səthi boyu bərabər paylanması

Məhsulun uzunömürlüyü

Ortopedik matraslar 2 növdə olur: yaylı (prujin) və yaysız. Yaysız (prujinsiz) matraslar mütləq lateks, kokos və ya memory foam (yaddaş köpüyü) materiallarından ibarət olmalıdır. Eyni zamanda bu materialların sıxlığı və qalınlığı üzrə də müəyyən normalar var.Əgər matras digər növ materiallardan ibarətdirsə və ya müvafiq normalar gözlənilməyibsə, bu tip matraslar ortopedik sayılmır və müəyyən hallarda hətta insan sağlamlığına zərərlidir Yaylı (prujinli) matraslar da 2 yerə bölünür: Bonnel sistemli və Pocket Spring sistemli Bonnel sistemi sıx yay sistemidir. Bu sistemlə olan matraslar nisbətən daha sərt olurlar. Yaylar qum saatı formasında olur.

6) Ən müasir və ortopediklik baxımından ən düzgün hesab olunan sistem pocket spring (sərbəst yaylar) hesab olunur. Bir-birinə bağlı olmayan və xüsusi çexollarda yerləşdirilmiş yayların hesabına, yüksək anatomiklik təmin edilir. Matras bədənin formasına uyğunlaşır və onurğa sütununu düzgün vəziyyətdə saxlayır. “Matras nə qədər sərt olarsa, bir o qədər yaxşıdır” Bu fikir geniş yayılsa da, kökündən səhvdir. Tam sərt matraslar yalnız həkim və ya mütəxəssis məsləhəti əsasında istifadə olunmalıdır. Eyni zamanda çəkisi ağır olan insanlar (120 kq-dan çox) sərt matrasdan istifadə edə bilər. Yüngül və orta çəkili insan sərt matrasdan istifadə etdikdə yuxu zamanı əzələlərə təzyiq olur və bu ağrılara və yuxusuzluğa səbəb ola bilər. ABŞ və Avropada insanların 80%-i yumşaq və ya orta sərt matrasdan istifadə edir. Gənc və orta yaşlı insanlar üçün ən optimal variant orta sərtlikdə olan matraslardır.

Uşaq və yeniyetmələrə pocket spring sistemli matraslar məsləhət görülür. Yaşı 65-dən yuxarı olan insanlar isə nisbətən yumşaq ortopedik matraslardan istifadə etməlidir. Ortopedik matras üzrə vahid qayda yoxdur. Kimin üçünsə ortopedik, yəni sağlam olan model digər biri üçün zərərli ola bilər.

Ortopediklik yalnız “matras+ondan istifadə edəcək şəxs” kombinasiyasında əmələ gəlir. Bu səbəbdən sifariş etməmişdən öncə mütləq mütəxəssislə əlaqə saxlayın

Mağazamızda olan matras modelləri ilə tanış olmaq üçün bura klik edin

Made on
Tilda