Anis — müasir interyerlər üçün yaradılmış zərif və funksional divan modelidir. Dərin və yumşaq oturacaq hissəsi, həcimli arxa dayağı və kvadrat batika tikişləri sayəsində həm komfort, həm də premium görünüş təmin edir. İncə metal ayaqlar divana vizual yüngüllük verir, otağın ümumi dizaynına modern xarakter qatır. Komplektə daxil olan dekorativ yastıqlar isə rahatlıq hissini tamamlamağa kömək edir. Divan Tik-Tak açılma mexanizmi ilə təchiz olunub. Bu sistem oturacaq hissəsini irəli doğru hamar şəkildə hərəkət etdirərək divanı bir neçə saniyəyə geniş, düz və rahat yataq səthinə çevirir. Mexanizm həm istifadədə çox rahatdır, həm də uzunömürlüdür.