Aşağıdakı 8 məsləhətə əməl etsəniz, daha şirin və daha komfortlu yuxuya sahib ola bilərsiniz:
1) Hər gün eyni vaxta yatıb, eyni vaxta oyanın. Bu, sizin bioloji ritmlərinizi rejimə salacaq və yatmaq vaxtı gələndə, avtomatik olaraq lazımi siqnallar işə düşəcək
2) Yuxu öncəsi relaks edin. Hər gün yatmamışdan yarım saat öncə stressi azalda biləcək məşğuliyyət tapın. Bunlara sakit musiqiyə qulaq asmaq, meditasiya və ya kitab oxumağı aid edə bilərik
3) Qəhvə, çay və energetik içkilərdən uzaq olun. Bütün bu içkilər kofein tərkiblidir (çayda az miqdarda var). Kofein bədəndə parçalanmır və bu da yuxunun qarşısını alır. Yatmamışdan ən azı 6 saat öncədən kofein qəbul etmək tövsiyyə olunmur
4) Alkoqollu içkilər. Əslində, spirtli içkilər tez yuxu gətirməsinə baxmayaraq, gecəboyu narahat yuxu və tez-tez oyanmalara səbəb olur
5) Fiziki məşqlər edin. Həyatın bir çox tərəflərinə olduğu kimi, idman yuxuya da müsbət təsir edir. Lakin fiziki məşqlər yuxudan ən azı 2-3 saat öncə olmalıdır. Yatmamışdan öncə məşq etmək əks təsir göstərir
6) Otaq sərin və qaranlıq olmalıdır. Yataq otağının optimal temperaturu 18-19 dərəcədir. Bu temperaturda daha tez yuxuya gedəcəksiniz
7) "Mavi işıqdan" uzaq durun. Smartfonlar, TV və digər cihazların əks etdirdiyi işıq "mavi şüa" və ya mavi işıq adlanır. Yatmamışdan ən azı 30 dəqiqə əvvəl bütün cihazları kənara qoymaq lazımdır (və ya xüsusi mavi şüa əleyhinə eynəkdən istifadə edə bilərsiniz)
8) Yataq örtüklərini (yastıq və yorğan üzlükləri) ən azı həftədə 1 dəfə dəyişin
9) Düzgün matras və yastıqdan istifadə edin. Bunları seçməkdə Sleep.Az Sizə yardımçı ola bilər